» » Azərbaycanda qəribə olay:

Azərbaycanda qəribə olay: yırtıcı quşlar sürüyə hücum edib

Bölmə: Xəbər
Azərbaycanda qəribə olay:Ağdaş rayonunda yırtıcı quşlar qoyun sürüsünə hücum edib.

apa-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Cardam kəndində baş verib. Kənd sakini Murad Xəlilov örüş sahəsində qoyunları otaran zaman gözlənilməz hadisə ilə qarşılaşdığını deyib. Onun sözlərinə görə, yırtıcı quşlar qəflətən sürüyə hücum edərək 3 baş qoyunu öldürüb, ikisini isə yaralayıb. Öldürülən xırda buynuzluların cəsədlərinin bir hissəsi yırtıcılar tərəfindən aparılıb. Vəhşi quşların təkrar qayıdacağından, sakinlərə və heyvanlara hücum etməsindən narahat olduqlarını deyən kənd sakinləri vəhşi quşların qartal və ya quzğun olduğunu iddia edirlər. Hadisə baş verən əraziyə baytar həkimlər gələrək yaralı heyvanlara tibbi yardım göstəriblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler