» » Hücum edən qurdu kənd sakinləri

Hücum edən qurdu kənd sakinləri əfv edib

Bölmə: Xəbər
Hücum edən qurdu kənd sakinləri


Masallı rayonunda canavar kəndə hücum edib.

XALQİNFO-un APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında rayonun Köhnə Alvadı kəndində qeydə alınıb.

Vəhşi heyvan kənd sakini Məhərrəm Məhərrəmovun yaşadığı evin həyətyanı sahəsinə girib. Canavarı görən ev sahibi qonşularını köməyə çağırıb. Kənd sakinləri vəhşini toyuq hininə salıb tutublar.

Hadisə barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi İdarəsinə və rayon Baytarlıq İdarəsinə məlumat verilib. Aidiyyəti orqanların əməkdaşları kəndə gələrək canavarı təhvil alıblar.

Daha sonra canavar meşəyə buraxılıb.

Yerli sakinlərin sözlərinə görə, indiyədək kənd yaxınlığında canavara rast gəlinməyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler