» » Bakıda məhkəmə sədri korrupsiyaya şərait yaradırmış -

Bakıda məhkəmə sədri korrupsiyaya şərait yaradırmış - Cəza

Bölmə: Xəbər, BLOK XƏBƏR
Bakıda məhkəmə sədri korrupsiyaya şərait yaradırmış - Azərbaycanda məhkəmə sədri barəsində intizam icraatına başlanılıb.

Bu barədə report-a ədliyyə orqanlarından bildirilib.

Belə ki, Məhkəmə-Hüquq Şurası tərəfindən 3 hakim barədə intizam icraatına başlanılıb. Buna səbəb vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə, qanunvericiliyi və etik normaları, habelə icra intizamını kobud pozduqları göstərilib.

Həmin hakimlərdən biri isə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin sədri Məhəmməd Əkbərovdur.

Qeyd edək ki, M.Əkbərov 1998-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının (MR) ədliyyə naziri, 2000-2007-ci illərdə Naxçıvan İqtisad Məhkəməsinin sədri işləyib. O, 2007-ci ildən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədridir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler