Fikrət Məmmədov hakimləri cəzalandırdı- Sədrə irad tutulduBölmə: BLOK XƏBƏR, MANŞET
Məhkəmə-Hüquq Şurasının (MHŞ) növbəti iclası keçirilib. “Xalqinfo” APA-ya istinadən xəbər verir ki, ədliyyə naziri, MHŞ-nı sədri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda ölkədə aparılan məhkəmə islahatının nəticələri qeyd edilib. Tədbirdə insanların məhkəmə prosesləri barədə dərhal məlumatlanması, məhkəməyə çatımlılığın və çəkişmə prinsipinin təmin edilməsi məqsədilə hazırlanmış yeni Elektron Məlumatlandırma Sisteminin təqdimatı keçirilib. Qeyd edilib ki, sistem vasitəsilə proses iştirakçılarına məhkəmə iclasları barədə məlumatlar “SMS bildiriş” formatında dərhal göndəriləcək, hakimlərin müxtəlif dövlət orqanlarına sorğuları onlayn rejimdə cavablandırılacaq. İclasda, icraatda olan intizam işlərinə baxılaraq, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə, qanunvericiliyi və etik normaları, habelə icra intizamını kobud şəkildə pozduqlarına görə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Qurban Abbasovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi, həmin məhkəmənin hakimləri Fəqan Əhmədov və Şərafət Məmmədovaya töhmət verilməsi, məhkəmənin sədri Müseyib Hüseynova irad tutulması barədə qərarlar qəbul edilib, digər məhkəmələrdə keçirilmiş yoxlamalar nəticəsində bu kimi hallara yol vermələri aşkar edilmiş 3 hakim barədə intizam icraatları başlanılıb, məhkəmələrdə monitorinqlərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|