Qar yolları bağladı

Bölmə: Xəbər
Qar yolları Hadisə şahidlərinin verdiyi məlumata görə, İsmayıllı-Bakı magistral yolunun Zərgəran kəndi ərazisində yol səthini qar örtüb. Nəticədə 10-dan çox maşın yolda qalıb.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyev isə bildirib ki, qar yağmasına baxmayaraq, respublikanın avtomobil yollarında buzlaşma hələlik qeydə alınmayıb.

K.Əliyev Muğanlı-İsmayıllı yolunda qar və güclü külək olduğunu bildirib: “Göstərilən istiqamətdə yolun hər an buzlaşa biləcəyini nəzərə olaraq, o istiqamətdə hərəkət edən sürücülərə diqqətli olmağı və hər iki oxu aparıcı olan nəqliyyat vasitələrindən istifadə etməyi tövsiyə edirik”.(apa)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler