Ağsuda maşın dərəyə aşıb: beş nəfər xəsarət alıbBölmə: Xəbər
Muğanlı-İsmayıllı yolunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb.apa-nın yerli bürosunun xəbərinə görə hadisə yolun 6-cı kilometrliyində, Ağsu rayonu ərazisində qeydə alınıb. Bakı sakini, 1986-cı il təvəllüdlü Əzizli Çingiz İmran oğlu idarə etdiyi 90-FK-540 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını ilə Şəkidən Bakıya gedərkən dumanlı havada yolun sərt döngəli hissəsində idarəetməni itirib və maşın yoldan çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində sürücü Çingiz Əzizli və sərnişinlər - Bakı sakini, 1991-ci il təvəllüdlü Əliyev Samir Azər oğlu, Gəncə sakini 1990-cı il təvəllüdlü Abbasov Dadaş Çingiz oğlu, Şəki sakini Cəlalov Rəşad Səlim oğlu, Bakı sakini Qasımov Elvin Qiyas oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|