“Bu nə gündədir ki, metro ilə gedir?” - Nazpəriyə dəstəkBölmə: Şou
ARB TV-nin “Səhər-Səhər” proqramının qonağı müğənni Manaf Ağayev olub. Axşam.az xəbər verir ki, o, Xalq artisti Nazpəri Dostəliyevanın “Sənətçi metroya minməz” sözlərinə dəstək olduğunu deyib: “Nazpəri xanıma böyük hörmətim var. Sözünü demiş sənətkardır. Bu yaxınlarda cüzi bir söz demişdi. Sonra da mənim metroda çəkilən şəklimi qoymuşdular. Həmin şəkil köhnədir, qışda çəkilib. Mən bu barədə Nazpəri xanımla telefonla danışdım. Birincisi Nazpəri xanım o sözü başqa mənada deməyib. Lap tutaq ki, başqa mənada deyir. Bəlkə, səhv deyir?! Hansı makiyajla, hansı geyimlə gedib metroya minəcəksiz? Deməzlər ki, bu nə gündədir ki, metro ilə gedir. Heç olmasa taksi ilə get”. Qeyd edək ki, N.Dostəliyeva “Metro, avtobus sənət adamları üçün deyil. Hər gün işdə çəkdiyimiz əzablar, üstəgəl də bunlar. Avtobusda, metroda hamıyla şəkil çəkdirməlisən. Bəzən narazılıqlar yaranır ki, niyə mənimlə foto çəkdirmirsən? Bəzən kobud da davranırlar” deyə, bildirmişdi. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|