» » "Biz müsəlman olmasaydıq İrəvan torpaqları da əlimizdən alınmazdı"- Manaf Manafov

"Biz müsəlman olmasaydıq İrəvan torpaqları da əlimizdən alınmazdı"- Manaf Manafov

Bölmə: Siyasət, SÖHBƏT, BLOK XƏBƏR, MANŞET
"Biz müsəlman olmasaydıq İrəvan torpaqları da əlimizdən alınmazdı"- Manaf ManafovPirallahı Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş Şöbəsinin müdiri, YAP-ın Pirallahı rayon təşkilatının Sədri
Manaf Manafovun
Xalqinfo.az-a müsahibəsi.


Manaf müəllim işləriniz necə gedir və fəaliyyətinizi hansı istiqamətdə qurmusunuz?

Qeyd edək ki, Pirallahı rayonu Cənab Prezidentimiz İlham Əliyevin 21 dekabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb. Həmin fərmanla Pirallahı, Çilov və Neft Daşları qəsəbələrinin əsasında Pirallahı rayonu təşkil edilib. 3 inzibati-ərazi vahidinə malik olan Pirallahı Bakının sayca 12-ci rayonudur. Sisin sualınıza cavab olaraq qeyd edim ki, biz əsas işimi xalqa xidmətdə görürük və əhalimizin vəziyyətini yaxından bilmək üçün onlarla sıx münasibət qurmuşuq ki, heç bir çətinlik olmasın. Ulu Öndərimizin dediyi kimi əsas xalqa xidmət etmək işimizin ana xətdini təşkil edir.Dövlət xalq üçün çalışmalıdır. Xüsusilə də Cənab prezidentimiz İlham Əliyevin fikirləri və tövsiyələri fəaliyyətimizin əsasını təşkil edir. Gündəlik iş fəaliyyətimizi də bu istiqamətdə qurmuşuq. Hörmətli Prezidentimiz İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov cənabları tərəfindən xüsusi sərəncam imzalandı. Sərəncama uyğun olaraq əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün ərzaq mallarının və digər məhsullarının qiymətlərinə nəzarət həyata keçirilir. Pirallahı rayonunda ümumi vəziyyət normaldır.Yeni inzibati binalar tikilir,yollar təzələnir ,genişlənir və geniş yaşıllaşdırma həyata keçirilir.Buna özünüz də şahid oldunuz.

YAP –ın Pirallahı rayon təşkilatının sədri kimi partiya sıralarına üzvülərin cəlb olunması istiqamətində hansı işlər görülür?

Yeni Azərbaycan Partiyası Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı partiyadır. Bəli gündən günə üzvülərimizin sayı artır. YAP-ın Pirallahı rayon təşkilatı 17 iyul 2013-cü ildən fəaliyyətə başlayıb. Bizim rayon təşkilatı yarananda üzvülərimizin sayı 2500 nəfər idi. Bu üzvüləri Xəzər rayonundan aldıq,qəbul etdik.Hazırda təşkilatımızda partiya üzvülərinin sayı 4456 nəfərə qədər artıb və bu işimizi çalışırıq da da sürətləndirək.Pirallahı rayonunda işimiz yaxşı gedir.Rayon əhalisinin dövtətimizə və partiyamıza böyük inamı var. Şükür Allaha Prezidentimizin sahəsində respublikada sabitlik ,firavanlıq hökm sürür.

Pirallahı rayonunda vətənpərvərlik işi necə təşkil olunur?

Rayon yaranan vaxtdan gənclər arasında orta məktəblərdə və digər yerlərdə vətənpərvərlik təbliğ olunur.Milli tariximizi gənclər arasında təbliğinə xüsusi yer veririk. Bu da gənclər arasında tariximizi öyrənmək işində böyük rol oynayır. Ulu Öndərimiz Heydər Əliyev demişdir: "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir". Baxın Ulu Öndərimiz vətənpərvərlik məsələsinə neçə qiymət verir.Biz Ulu Öndərimizin qoyduğu yolla gedirik. Məhəmməd peyğəmbərimiz demişdir :Vətəni sevmək imandandır. Bunu dinimizdə dikdə edir. Vətənpərvərlik işini gənclər arasında təbliğ etmək məqsədilə Pirallahı rayon ərazisində olan hərbi hissələrin rəhbərlərilə danışmışıq ki, yuxarı sinif sagirdlərini hərbi hissələrə aparaq. Vətənpərvərlik anlayışı mücərrəd olmasına baxmayaraq, hər bir vətəndaş üçün əhəmiyyətlidir. Çünki hər bir vətəndaş öz Vətəni yolunda canından keçməyə, öz torpağını qorumağa borcludur. Rus yazıçısı Lev Tolstoy Vətənə olan məhəbbətini bu kəlmədə bildirmişdir: Vətənə məhəbbət - mücərrəd anlayış deyil, o təşkilatçılıq, inkişaf və mədəniyyət tələb edən real mənəvi qüvvədir. Ona görə də hər birimiz vətən yolunda, xalq yolunda xidmətimizi,Prezidentimizin ətrafında olan birliyimizi daima qorumalıyıq.
Manaf müəllim Pirallahı rayonu yeni yaranıb.İcra Hakimiyyətinin strukturu tam şəkildə formalaşıb?
Bizim İcra Hakimiyyəti 2013 –cü il mart ayının 7 tarifindən fəaliyyətə başlayıb. İcra Hakimiyyəti olaraq bizim inzibati binalarımızın əsas sahələri tikilib,bəzi inzibati binalar tikilməkdədir.Bundan əlavə siz fikir verdinizsə Pirallahı rayonunda böyük işlər görülür.Yeni binalar,yolların çəkilişi və digər sahələrdə ardıcıl işlər gedir. Cənab Prezidentimiz Qala-Pirallahı yolunun çəkilişi haqqında sərəncam imzaladı və bu yolu Pirallahı sakinlərinə hədiyyə etdi.Digər yollarımızda yüksək səviyyədə salınır. Əvvəllər yollar bərbar vəziyyətdə idi.Ancaq indi baxın görün necedir.Bizim rayon ada üzərində yerləşdiyindən burada yaşıllaşdırma aparmaq müəyyən çətinliklər yaradır.20 min ağac əkmişik.Ancaq buna baxmayaraq hər bir əkilmiş ağaca hava damcı vasitəsilə sistemlər çəkilib.Bu görülən işlərdə hörmətli icra başcımız Vasif İmanovun böyük xidmətləri var.Prezidentimizin tapşırıqlarına uyğun olaraq quruculuq işlərimizi uğurla davam etdirilir.

Pirallahı rayonunda işsiz əhalinin işlə təmin olunmasında hansı addımlar atılır?

Bu istiqamətdə müəyyən addımlar atılır ki, işsiz sakinimiz işlə təmin edilsin. Pirallahı rayonunda idarələr hələ tam şəkildə yaradılmayıb.Yeni idarələr yarananda işsiz kadırlar da işlə təmin olunur. Əlavə olaraq işlə bağlı müraciət edənləri də çalışırıq işlə temin edək və vakant yerlərdə işlə təmin edirik. Hörmətli İca başçımız Vasif müəllim bu məsələni xüsusi olaraq nəzarətdə saxlayır. Vətəndaşlarımızla ünsiyyətimiz genişdir.Hər bir vətədaşımız problemini asanlıqla həll edə bilir. Cənab Prezidentimiz İlham Əliyev Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Sərəncab verib. Parkın salınması işləri gedir. Bura hazır olanda 3000-3500 iş yeri açılacaq.Bu da Pirallahı sakinlərinin inkişafına,həyat tərzinə müsbət təsirin göstərəcək.

Manaf müəllim Azərbaycanda gənclər siyasəti haqqında nə deyə bilərsiniz?

Dövlətimiz gənclərə xüsusi diqqət ayırıb, bu proses daha da güclənir.
Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ötən əsrin 90-cı illərinin əvvəllərində cəmiyyəti təhlükələrə sürükləyən siyasi-iqtisadi, mənəvi-ideoloji böhranlar səbəbindən respublikamızda gənclər siyasəti tamamilə unudulmuşdu. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclər siyasəti dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Bunu hər birimiz yaxşı bilirik. Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humantiar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutr. Güclü aktiv və avanqard qüvvə kimi gənclər ölkə həyatının bütün sahələrində öncül yer tutmaqla yüksək indikatorlara çatmağa zəmin yaradan zəngin bazadır. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı hörmətli prezidentimiz İlham Əliyev gənclər siyasətin uğurla heyata keçirir.Bizdə gənc olaraq bunu hər zaman hiss edirik. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Hər il olduğu kimi, ötən ildə də gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar. Bütün bunlara baxmayaraq bəzi düşmən qüvvələr belə uğurlu siyasəti görmək istəmirlər. Ulu Öndər Heydər Əliyev 1997-ci ildə imzalanan sərəncamla fevralın 2-i Azərbaycan gənclər günü elan edildi. Bir məsələni də qeyd edim ki, bütün işlərlə bərabər gənclər siyasəti inkişafa qədəm qoydu.

Manaf müəllim Gənclər siyasətinin İlham Əliyev dövrü haqqında nə deyə bilərsiz?

2003-cü ildən sonra isə Azərbaycanda gənclər siyasəti daha da şaxələnərək, yeni verilmiş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəldi. «Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram» - deyən Prezident İlham Əliyev qərarları ilə Ulu öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini bir daha təsdiq etdi. Məhz, 2005-ci ildə «Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009) təsdiq edilməsi haqqında» imzalanmış sərəncam gənclərə olan dövlət qayğısının davamı idi. «Neft gəlirlərini insan kapitalına» çevirən Prezident İlham Əliyev bu işdə də gənclərin üzərinə böyük məsuliyyət qoydu və «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı»nı təsdiqlədi. Həmçinin, 2007-ci ilin ölkədə «Gənclər ili» elan edilməsilə Prezident İlham Əliyev gənclərin inkişafına nə qədər böyük önəm verdiyini ortaya qoymuş oldu. Hətta, 2011-ci ildə «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramının qəbul edilməsilə dövlətimizin başçısının «Bugünkü gənc sabah ölkəmizi idarə edəcək» tezisindən doğan gənclərə etimad və münasibətin əyani təzahürü oldu. Bunlarla yanaşı, gənclərin hərtərəfli inkişafı üçün Gənclər Mərkəzinin, Gənclər Fondunun və Gənclər Evinin yaradılması, gənc ailələrin dəstəklənməsi, ipoteka şərtlərinin sadələşdirilməsi və s. gəncliyin daha həvəslə çalışmasına və dövlətçiliyin müdafiəsində fəal iştirakına əlavə stimul verdi.
Eyni zamanda, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın da gəncələrə xüsusi qayğısı qeyd olunmalıdır. Məhz, birinci xanımın sədrliyilə Bakıda «Gənclərin məşğulluq sammiti»nin keçirilməsi həmin diqqətin əyani isbatıdır.
Təkzibolunmaz faktdır ki, gənclərimizin həm Azərbaycanda, həm də xaricdə dəstəklənməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da xüsusi rolu var. Elə «Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı» çoxşaxəli fəaliyyətilə gənclərimizi milli maraqların qorunması məqsədi ətrafında sıx birləşdirir və Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırır.
Göründüyü kimi, yürüdülən gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər.
Eyni fikirləri Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının gənclərinə də aid etmək olar. YAP-ın sıralarında yer alan bütün gənclər əsasən, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edir və sabitliyin, dinamik inkişafın qorunub saxlanılmasında mühüm rol oynayırlar.
Bir sözlə, bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir və biz gənclər bundan sonra da dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışacaq, anti-Azərbaycançı şəbəkələrin dəstəyilə ölkədə sabitliyi pozmağa cəhd göstərən radikalların çağırışlarını qətiyyətlə rədd edəcək və arxalandığımız Prezident İlham Əliyevin göstərdiyi etimadı doğruldacağıq.


Bizim tarixi torpaqlarımız 20 ildən artıqdır erməni işğalındadır. Bu məsələdə dünya dövlətləri ikili oyun göstərir. Siz necə düşünürsünüz?

Tarixə nəzər salanda aydın olur ki, hələ qədim dövrlərdən bizim ərazilərimiz işğala məruz qalıb.Eyni zamanda soyqrımlara məruz qalmışıq. Bir faktı bilməliyik biz itərə-itrə gələn xalqın övladlarıyıq. Daima işğala məruz qalmışıq və torpaqlarımızı itirmişik.20 mindən artıq şəhid vermişik.Böyük dövlətlər bunları yaxşı bilirlər.Bizim nə qədər torpaqlarımız işğal olunub,milli tariximizi əks etdirən dəyərlər məhv edilib,yüzlərlə vətəndaşımız erməni əsirliyində məhv olub.Yüzlərlə vətəndaşımız erməni soyqrımına məruz qalıb.Bir sözlə başımız böyük bəlalar çəkib. Mən düşünürəm ki, bizim başımızda böyük oyunlar qurulub.Hətda bəzi düşmən qüvvələr dinimizə də əl uzatmaqdan çəkinməyiblər.İslam dini sülh, inkişafa ,sabitliyə çağırış dinidir.Açğını deyim "biz müsəlman olmasaydıq nəyinki Qarabağ və ətraf rayonlar erməni işğalına məruz qalardı, heç İrəvan torpaqları da əlimizdən alınmazdı. Bu böyük və acı həqiqətdir.ABŞ və yaxud digər dövlətlər bunu yaxşı bilir və görür. 1992-ci ildə BMT-nin Azərbaycanın işğalda olan rayonları haqqında 4 qətnamə qəbul olunub. 20 ildən artıqdır hələ də icra olunmur.Qətnamələrə əsasən ermənilər işğal etdiyi ərazilərdən çıxmalı idi. Böyük ədalətsizlik var bizə qarşı. Ona görə də hesab edirəm ki, Xalq olaraq düşmənimizi unutmamalıyıq.
Dövlətimizi qorumalıyıq daima.Əminəm ki, Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ermənilərə qlib gələcəyik.Biz təkcə erməni ilə mübarizə aparmırıq.İnanırıq ki, güclü ordumuzun sahəsində,Prezidentimizin siyasətinin nəticəsi olaraq biz Şuşada ,Laçında və digər işğalda olan torpaqlarımızda üç rəngli Bayrağımızı dalğalandıracağıq.


Azərbaycan müxalifəti haqqında necə düşünürsünüz?

90-cı illərdə indiki müxalifət hakimiyyətdə olanda başımız nələr çəkmədi.Azərbaycanı taladılar,zavod,fabrik qalmadı.Dövlət müdcəsi boşaldı,siyasi ,iqtisadi,sosial vəziyyət ağırlaşaraq pik həddə çatmışdı.Separatizim hökm sürürdü.Allah xalqımızı istədiyindən Ulu Öndərimiz Heydər Əliyev xalq təkidilə gəldi və bizi bəlalardan xilas etdi. İndi müxalifət xalqa xidmətdən uzaq düşüblər. Mən gən olaraq bunu aydın şəkildə görə bilirəm.

Manaf müəllim sonda fikirlərinizə nə əla etmək istəyirsiz?

Təşəkkür edirəm ətraflı fikir mübadiləsi apardıq.

Allah bizim Xalqımızı,müstəqilliyimizi,prezidentimizi bizlərə çox görməsin.Sağolun.

Kainat Şirin
Xalqinfo.az

"Biz müsəlman olmasaydıq İrəvan torpaqları da əlimizdən alınmazdı"- Manaf Manafov
"Biz müsəlman olmasaydıq İrəvan torpaqları da əlimizdən alınmazdı"- Manaf Manafov
"Biz müsəlman olmasaydıq İrəvan torpaqları da əlimizdən alınmazdı"- Manaf Manafov"Biz müsəlman olmasaydıq İrəvan torpaqları da əlimizdən alınmazdı"- Manaf Manafov"Biz müsəlman olmasaydıq İrəvan torpaqları da əlimizdən alınmazdı"- Manaf Manafov
"Biz müsəlman olmasaydıq İrəvan torpaqları da əlimizdən alınmazdı"- Manaf Manafov
"Biz müsəlman olmasaydıq İrəvan torpaqları da əlimizdən alınmazdı"- Manaf Manafov"Biz müsəlman olmasaydıq İrəvan torpaqları da əlimizdən alınmazdı"- Manaf Manafov

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler