» » Azər ürəyini boşaltdı: "İstəmirəm ki, maşını o aparsın..."

Azər ürəyini boşaltdı: "İstəmirəm ki, maşını o aparsın..."

Bölmə: Şou
Azər ürəyini boşaltdı: "İstəmirəm ki, maşını o aparsın..."
Dünən axşam "Maşın" realiti-şounu tərk edən telejurnalist Azər Zahid baş verənlərlə bağlı təəssüratını əməkdaşımızla bölüşüb.

Xalqinfo.az xəbər verir ki, şounun aparıcısı Murad Dadaşova minnətdarlığını bildirən Azər Zahid qeyd edib ki, Murad 14-cü "Maşın" realiti-şoudur ki, dözür: "Bəzi insancıqları tanımaqda bu şou mənə yardım etdi! Mən Murada heyranam. Bir şouda dözüb qala bilmədim, amma Murad bəy düz 14-cü "Maşın" şoudur ki, dözür. Sadəcə halal olsun"!

Oksana Rəsulovanın qərarına gəlincə telejurnalist qeyd edib ki, rəqqasə onu şəxsi məsələ ilə bağlı oyundan çıxarıb: "Bu, onun "dəstəkçi" qrupundan da bəlli idi. Keçmişimə aid bir insanın rəfiqələri və dostları sanki Oksananı dəstəkləməyə yox, mənə qarşı olan nifrətlərini göstərməyə gəlmişdilər. Mən kiminsə mənliyinə sataşmıram, lakin "Maşın" şouda çoxunun iç üzünü gördüm. Qalanlardan yalnız Vüqarı və Aqili dəstəkləyirəm. Baxmayaraq ki, Aqil mənə qarşı olan qruplaşmada idi, istəyərəm ki, maşını Aqil aparsın. Buradan Aqilə demək istəyirəm ki, möhkəm ol, mən sənə səs göndərəcəyəm! Mənim 37 yaşım var, Aqilinsə 50! Artıq vaxtdır, qoy onun da maşını olsun".

Azər Zahidin həmçinin bildirib ki, aktyor İslam Mehrəliyevin qalib gəlməsini istəmir: "Mən oyunda onun kimi bic ikinci bir oyunçu görmədim. İslam əsl ingilis bayrağıdır".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler