» » Pərvin Abıyevanın “Maşın” arzusu ürəyində qaldı

Pərvin Abıyevanın “Maşın” arzusu ürəyində qaldı

Bölmə: Şou
Pərvin Abıyevanın “Maşın” arzusu ürəyində qaldı
Əməkdar artist Murad Dadaşovun təqdimatında ATV telekanalında “Qarşıdurma” şüarı ilə yayımlanan “Maşın” şounu tərk edən növbəti məşhurun adı məlum olub.

Xalqinfo.az xəbər verir ki, verilişin qaydalarına görə, iştirakçılar müğənni Səidə Sultanı SMS səsverməsinə çıxarıblar.

O, səs topladığı təqdirdə aktrisa Pərvin Abıyevanı oyundan uzaqlaşdıracağını bildirib.

Sonda tamaşaçıların səsverməsi ilə Səidə Sultan 70,21 faiz səs yığaraq proqramda qalıb. İfaçı aktrisa P.Abıyevanı verilişdən kənarlaşdırıb.

Qeyd edək ki, veriliş hər gün axşam saat 22:00-da efirə çıxır.

Hazırda şouda mübarizəni aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, müğənnilər Təranə Qumral, Nadir Qafarzadə, Səidə Sultan, rejissorlar Aqil M.Quliyev, Kənan M.M., aparıcı Azər Zahid, jurnalist Vüqar Vüqarlı, rejissor-aktyor Sərxan Kərəmoğlu, aktrisa-rəqqasə Oksana Rəsulova davam etdirir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler