» » Funda Günayın mahnısını oxudu

Funda Günayın mahnısını oxudu

Bölmə: Şou
Funda Günayın mahnısını oxudu
Məşhur müğənni Funda Arar Günay İbrahimlinin repertuarına müraciət edib.

Xalqinfo” xəbər verir ki, Türkiyəli ifaçı İbrahimlinin “Sən məndən gedən gündən” adlı mahnısını yeni albomuna daxil edib.

“Aşk hikayesi” adlı albom bu gün təqdim olunsa da, satışı cümə günündən etibarən başlayacaq.

İbrahimli mövzu ilə bağlı açıqlama yayıb. Müğənni bildirib ki, Arar mahnını ifa etmək üçün ondan icazə alıb:

“Funda Arar yeni albomunda ifa etdiyim “Sən məndən gedən gündən” mahnısını əlavə edib. Qarşı tərəf bizə müraciət edib. Həm mahnının müəlliflərindən, həm də məndən icazə alınıb. Funda Ararın səsini, sənətini bəyənirəm. Düşünürəm ki, uğurlu alınacaq”.




Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler