Aygünün mahnısını oxuyacaq türkiyəli müğənni bəlli olduBölmə: Şou
Xalq artisti Aygün Kazımovanın “Düşün məni” mahnısını türkiyəli ifaçının oxuyacağı ilə bağlı xəbər vermişdikaxşam.az-ın məlumatına görə, bəstəni repertuarına daxil edən sənətçinin adı bəlli olub. Belə ki, gənc ifaçı Damla Koç sosial şəbəkədə xalq artistinin “Düşün məni” mahnısının albomunda yer alacağını bildirib: “İki dövlət, bir millət - Türkiyə və Azərbaycan. Mahnılarımız da, qəlblərimiz də birdir. Azərbaycanlı ifaçı Aygün Kazımovanın repertuarında olan və hər kəsin sevərək dinlədiyi “Düşün məni”ni oxudum”. Qeyd edək ki, bəstənin sözləri Sevinc Şirinə, musiqisi Sevinc Tağıyevaya məxsusdur. A.Kazımova mahnını 2010-cu ildə oxuyub. Müğənni açıqlamasında "Bu yaxınlarda Murad Yetər (bəstəkar, aranjmançı - red.) mənə zəng vurdu ki, sizin “Düşün məni” mahnınızı bir ifaçı oxumaq istəyir. Məndən əvvəl mahnının bəstəkarından da (musiqi Sevinc Tağıyeva, söz Sevinc Şirin - red.) icazə alıblar. Heç müğənninin adını soruşmadan razılaşdım", - bildirmişdi. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|