“Uşağımız oldu, evli olduğu üçün ayrıldım...” - Brilliantın bacısı + VideoBölmə: Şou, BLOK XƏBƏR
Xalq artisti Brilliant Dadaşovanın bacısı Sədaqət Dadaşova “Zuhal Topalla İzdivaç” evlilik verilişində maraqlı açıqlama edib. “Xalqinfo”nun məlumatına görə, Zuhal Topal proqramda Sədaqət Dadaşovaya “27 il əvvəl yarımçıq qalan sevgi hekayəniz olub?”,- sualını verib. 64 yaşlı iştirakçı isə “Bəli, 27 il əvvəl yarımçıq sevgi yaşamışam. Amma davamı gəlmədi”,- cavabını verib. Sədaqət Dadaşova həmin şəxslə 7 il sevgili olduğunu bildirib: “Münasibətimiz 7 il davam etdi. Ondan övladım olandan sonra ayrıldıq. Adı Asifdir. Ailəli idi, iki qızı da vardı. Dedi ki, məndən uşaq dünyaya gətir, səninlə evlənəcəm. Amma Asif mənimlə evlənmədi. Mən də münasibətə son qoydum. Asifdən 20 yaşlı oğlum var. Ümumiyyətlə, 4 övladım var, onlardan 3-ü əmimoğlundandır”. Zuhal Topal sözügedən şəxsin onunla əlaqə saxladığını, Sədaqət xanımı efirdə görəndə ürəyi getdiyini bildirib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|