» » “Evli deyilik, hamiləyəm”- 22 yaşlı aktrisa

“Evli deyilik, hamiləyəm”- 22 yaşlı aktrisa

Bölmə: MANŞET
“Evli deyilik, hamiləyəm”- 22 yaşlı aktrisa
Aktrisa gözlənilməz etirafları ilə hər kəsi təccübləndirib


“Atv” telekanalında yayımlanan serialda yataq səhnəsi ilə gündəmi zəbt edən aktrisa hamilə olduğunu açıqlayıb.

"Qafqazinfo" gecce.az-a istinadən xəbər verir ki, 22 yaşlı Türkan Əliyeva filmdəki həmin səhnələrlə bağlı maraqlı açıqlamaları ilə diqqət çəkib:

“Orada yalnız əl toxunmaları olub. Başqa heç nə! O serialdan sonra mən qınaq atəşinə tutuldum. Çoxları qınadı ki, bu pornodur. Amma orada açıq-saçıq heç nə yox idi. O səhnəyə görə qonorarda artım olmuşdu amma. Əslində aldığım qonorar qarşılaşdığım təzyiqlərə, çəkdiyim streslərə dəyməzdi. O qədər qınağın qarşısında aldığım qonorar çox az oldu. Əvvəlcədən bu səhnəyə görə qınaq atəşinə tutulacağımı bilirdim. Ailəmdən atam məni çox qınadı, çox üstümə gəldi”.

Daha sonra şəxsi həyatından danışan Türkan gözlənilməz etirafları ilə hər kəsi təccübləndirib:

“Mən ailəli olub ayrılmışam. Şəxsi həyatımdır. Çox da açıb-ağartmaq istəmirəm. Həyatımda çox tanınmış bir şəxs var. O insandan övladım olacaq. Ana olacam mən! Adını açıqlamayacam, amma müğənnidir o insan. Evli deyilik onunla. Şəxsi həyat özümə məxsus olduğu üçün, özüm bilərəm həyatımda nə baş verir. Mənim üçün bu münasibət çox xoşdur. Övladıma atalıq hüququnu verəcək, razıdır hər bir şeyə. Övladımın atasının adını özünüz eşidəcəksiniz və mənimlə bir yerdə o insan efirə çıxacaq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler