» » Çingiz Hüseynzadə sədr seçildi

Çingiz Hüseynzadə sədr seçildi

Bölmə: Sosial
Çingiz Hüseynzadə sədr seçildi
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin (AOK) Varşavada keçirilən Baş Assambleyasında bu qurumun Olimpiya Oyunları Komissiyasının sədri seçilib.

MOK-dan "Xalqinfo"ya verilən məlumata görə, tədbirdə Polşa Olimpiya Komitəsinin 100 illik yubileyi qeyd olunub. Yubiley münasibətilə MOK-un vitse-prezidenti Ç.Hüseynzadə və baş katibin müavini Azər Əliyev xatirə hədiyyələri təqdim ediblər.

Assambleyada AOK-un Olimpiya Oyunları, Avropa Gənclər Festivalı, Atletlər, Olimpiya mədəniyyəti və irs, Olimpiya Akademiyası və digər komissiyalarının iclasları keçirilib. Baş Assambleyada Ç.Hüseynzadə Olimpiya Oyunları Komissiyasının sədri seçilib.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler