» » 28 məktəbə direktor təyin olundu

28 məktəbə direktor təyin olundu

Bölmə: Sosial
28 məktəbə direktor təyin olundu
Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin növbəti yerləşdirmə nəticələri açıqlayıb.

Nazirlikdən Xalqinfo.az-a verilən məlumata görə, 28 nəfər namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib.

Yeni direktorlar martın 4-dən öz vəzifələrinin icrasına başlayacaqlar.

Qeyd edək ki, “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na uyğun olaraq 2018-ci ilin noyabr ayında elan edilmiş müsabiqədə 228 nəfər uğur qazanıb. İlkin yerləşdirmə nəticəsində 104 nəfər namizəd fevralın 25-dən müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler