» » FHN akademiyasında xilasetmə kursu açıldı

FHN akademiyasında xilasetmə kursu açıldı

Bölmə: Sosial
FHN akademiyasında xilasetmə kursu açıldı
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında BMT-nin Hümanitar məsələlərin Əlaqələndirmə Ofisinin Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupunun (İNSARAG) təşkilatçılığı və Azərbaycan FHN-in dəstəyi ilə “İNSARAG – 2018 xilasetmə dəstələrinin idarə edilməsi kursu”nun açılış mərsimi keçirilib.

Xalqinfo.az FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, BMT-nin Hümanitar məsələlərin Əlaqələndirmə Ofisinin Fövqəladə vəziyyətlərdə cavablandırma mərkəzinin və İNSARAG Katibliyinin rəhbəri Rudolf Müller, İNSARAG-ın Avropa, Afrika və Yaxın Şərq üzrə əlaqələndiricisi Olqa Prorovskaya, xarici ekspertlər, təlimatçılar və FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin əməkdaşları iştirak edib.

Açılış məsimdəki çıxışlarda qeyd olunmuşdur ki, kursun keçirillməsində əsas məqsəd tədbirə cəlb ounmuş ABŞ, Rusiya, Belarus, Finlandiya, Pakistan, Türkiyə, Estoniya, İsveçrə, Ukrayna və Sinqapurdan olan ekspertlərin iştirakı ilə bu ölkələrin təmsil olunduqları regionları əhatə edən axtarış-xilasetmə dəstələrinin üzvlərinin bilik və bacarıqlarının artırmasından ibarətdir. 5 gün davam edəcək kursun yekununda xüsusi tərtib olunmuş masaüstü simulyasiya təlimi keçiriləcək və sonda iştirakçılara BMT-nin UCC standartına uyğun olan beynəlxalq sertifikat veriləcək.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təşkil olunan “İNSARAG – 2018 xilasetmə dəstələrinin idarə edilməsi kursu”nun açılışından sonra qonaqlar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki müdafiə qoşunlarının fəaliyyəti ilə yaxından tanış olub.


Şəfa Rasimqızı
www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler