» » Qaradağda əlil uşaqlarla bağlı tədbir-

Qaradağda əlil uşaqlarla bağlı tədbir- Fotolar

Bölmə: Sosial
Qaradağda əlil uşaqlarla bağlı tədbir-Bu gün “3 dekabr – Beynəlxalq Əlillər günü” münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi rayon Gənclər və İdman İdarəsi və “Müşviq” adına Qaradağın Əlil Uşaqlara Yardım İctimai Birliyinin təşkilatçılığı ilə birliyin uşaqları arasında stolüstü oyunlar (şahmat, dama, domino) üzrə yarışlar keçirilib.

Xalqinfo.az bildirir ki, qafqazinfo-ya daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov əlil insanlara göstərilən dövlət qayğısından, yaradılan şəraitdən və eyni zamanda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən irimiqyaslı xeyriyyə aksiyalarından danışıb. Bu cür tədbirlərin keçirilməsində əsas məqsədin əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası təmin etməkdən idman bacarıqlarının üzə çıxarılması və dəstəklənməsindən ibarət olduğunu qeyd edib.

Birliyin sədri Validə Abbasova uşaqların, o cümlədən əlil uşaqların sosial məsələlərinin rayon rəhbərliyinin daim diqqət mərkəzində saxlanmasını, bu yönümdə görülən işləri iştirakçıların nəzərinə çatdırıb.

Tədbirin ikinci hissəsi əlil uşaqlar arasında yarışlarla davam etdirilib. Yarışlarda 25 nəfər iştirak edib.

Yarışın sonunda qaliblər Qaradağ rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları və hədiyyələrlə mükafatlandırılıblar.

Qaradağda əlil uşaqlarla bağlı tədbir-Qaradağda əlil uşaqlarla bağlı tədbir-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler