» » “Bədən dili”ndən danışdılar

“Bədən dili”ndən danışdılar

Bölmə: Xəbər
“Bədən dili”ndən danışdılar
Xalqinfo.az daxil olan məlumata əsasən,30 iyul 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və YAP Binəqədi Rayon Təşkilatının təşkilatçılığı ilə YAP Binəqədi Rayon Təşkilatının inzibati binasında rayonun fəal gənci Telman İmanovun “Gənclər arasında protokol qaydalarının təbliği” adlı fərdi layihəsinin ikinci hissəsi və bağlanış mərasimi keçirilmişdir.

Tədbir təlimçi Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Sənan Nəcəfovun təqdimatında “Bədən dili”ndən bəhs edən mövzu ilə davam etdirildi. Təlimçi hər bir şəxsin iş həyatında daha yaxşı nailiyyətlər əldə etməsi nöqteyi nəzərindən “Bədən dili” haqqında məlumatlı olmasının əhəmiyyətini diqqətə çatdırdı. Təlimçi bildirdi ki, davranışlarımızı, jest və mimikalarımızı yerində və vaxtında istifadə etsək, insanlara təsir gücümüz artar, həddindən artıq əl-qol hərəkətləri, mimikaların çoxluğu dinləyənin diqqətini azaldaraq mövzunu zəiflədər. Biri ilə söhbət etdikdə, “bədən dili”mizi düzgün istifadə edə bilməyimiz üçün hər şeydən əvvəl diqqətimizi o adama və mövzuya verməyimizin vacib olduğunu vurğuladı.

Təlimçi “Bədən dili”nin təhsil sahəsində də faydasının ən azı ünsiyyət qədər vacib olduğunu qeyd etdi.
Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Təlimin sonunda iştirakçılar arasında diskussiya aparıldı.
Təlim yekunlaşdıqdan sonra layihə rəhbəri Telman İmanov ona göstərilən dəstəyə görə bir daha təşkilatçılara təşəkkürünü bildirdi.
Sonra YAP Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Qabil Qafarov çıxış edərək, təlimin çox aktual və eyni zamanda peşəkar iş həyatında uğur qazanmaq istəyən hər bir şəxs üçün önəmli olduğunu nəzərə çatdırdı.
Binəqədi rayon Gənclər və İdman İdarəsinın rəisi Qüdsi Bayramov gənclərə təlim nəticəsində əldə etdikləri biliklərdən səmərəli istifadə etməyi, qazandıqları bilik və bacarıqlardan dövlətimizin möhkəmlənməsi və daha güclü olması istiqamətində məqsədyönlü şəkildə tətbiq etməyi məsləhət gördü.

Sonda təlimdə iştirak edən şəxslərə sertifikatlar təqdim olundu
“Bədən dili”ndən danışdılar
“Bədən dili”ndən danışdılar
“Bədən dili”ndən danışdılar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler