Sabah qar yağacaqBakıda və Abşeron yarımadasında sabah buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Xalqinfo.az-a daxil olan məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 753 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında isə sabah arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|