» » Azərbaycanda güclü qar yağacaq- Hazırlıqlı olun

Azərbaycanda güclü qar yağacaq- Hazırlıqlı olun

Bölmə: MANŞET
Azərbaycanda güclü qar yağacaq- Hazırlıqlı olun
Noyabrın 24-nə gözlənilən hava haqqında məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Şimal küləyi 15-20 m/s, gecə və səhər arabir 25-30 m/s-dək güclənəcək. Temperaturun gecə və gündüz 4-7° isti, Bakıda gecə və gündüz 5-7° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 767 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-18 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° şaxta, bəzi yerlərdə 3° isti, gündüz 4-9° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi 10-15 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək. Temperatur gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi 10-15 m/s, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi 10-15 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək. Temperatur gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi 10-15 m/s, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 5-9° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal küləyi 10-15 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperatur gecə 4-6° isti, gündüz 6-8° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-5° isti təşkil edəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler