Naxçıvanda antik dövrə aid abidələr tapıldıBölmə: Sosial
Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu ərazisində antik dövr və son tunc, ilk dəmir dövrünə aid abidələr aşkarlanıb. Xalqinfo.az-ın xəbərinə görə, bunu Trend-ə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şahtaxtı arxeoloji ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev deyib. Onun sözlərinə görə, rayon ərazisində aparılan tədqiqat işləri zamanı 4 qədim yaşayış məskəni, 3 nekropol tapılıb. Tədqiqatlar zamanı ilk orta əsrlərə aid 3 yaşayış məskəni, ilk tunc dövrünə aid 1 yaşayış məskəni, antik dövrə aid 1 nekropol, son tunc və ilk dəmir dövrünə aid 2 nekropol aşkarlanıb. Q.Ağayev qeyd edib ki, tapılan yeni abidələr bu ərazinin insanların ən qədim yaşayış yerləri olduğunu bir daha sübut edir. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|