» » Naxçıvanda Orta Tunc dövrünə aid qala divarları tapılıb

Naxçıvanda Orta Tunc dövrünə aid qala divarları tapılıb

Bölmə: Mədəniyyət, MANŞET
Naxçıvanda Orta Tunc dövrünə aid qala divarları tapılıb2016-cı ilin iyun-iyul aylarında Şərur rayonunun Dizə kəndi yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı Orta Tunc dövrünün erkən mərhələsinə aid qala divarları aşkar olunub.

Xalqinfo.az Publika.az-a istinadən bildirir ki, bunu “Report”a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Vəli Baxşəliyev deyib.

V.Baxşəliyevin sözlərinə görə, karbon analizlər qala divarının eramızdan əvvəl III minilliyin sonunda inşa edildiyini göstərir: “İndiyədək Yaxın Şərq və Cənubi Qafqazda eramızdan əvvəl 2135-ci ildə inşa edilən qala divarları aşkar olunmadığından bu fenomenal hadisə regionun tarixi üçün inqilabi hadisə kimi qiymətləndirilir”.

Onun sözlərinə görə, Orta Tunc dövrünə aid qala tipli yaşayış yerləri Naxçıvan üçün xarakterikdir: “Müdafiə tikintilərinin mövcudluğu eramızdan əvvəl III minillikdə Naxçıvan ərazisində böyük hərbi potensiala malik güclü tayfa ittifaqının formalaşdığını göstərir”.



Kainat Şirin


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler