» » Qaradağda “Sənaye Parkı” yaradılır -

Qaradağda “Sənaye Parkı” yaradılır - 2 milyard manat sərmayə qoyulacaq

Bölmə: Sosial
Qaradağda “Sənaye Parkı” yaradılır -
Lökbatan qəsəbəsində Heydər Əliyev Mərkəzində Çin Xalq Respublikasının Sosial Elmlər Akademiyasının prezidenti Van Veyquanın və Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun işgüzar görüşü olub.

“Xalqinfo” xəbər verir ki, Van Veyquanın işgüzar görüşdə 12 nəfərdən ibarət nümayəndə heyəti müşahidə edib.

Görüşü giriş sözü ilə açan Süleyman Mikayılov bildirib ki, həyata keçirilmiş uğurlu strategiya nəticəsində Azərbaycan dövləti bütün sahələrdə uğurlar qazanıb və beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirib.

Qaradağ rayonu Çinin bir sıra vilayətləri ilə iqtisadi və mədəni əlaqələri genişləndirilib, qarşılıqlı səfərlər və işgüzar görüşlər keçirilib, əməkdaşlığın inkişaf etdirilməsinə dair müvafiq razılaşmalar əldə edilib.

Belə ki, ötən müddət ərzində Rusiya Fedarasiyasının Volqoqrad, Ukrayna Respublikası Kiyev Vilayətinin İrpen, Hollandiyanın Rotterdam şəhəri ilə qardaşlaşmış, Çin Xalq Respublikasının Çunçinq şəhərinin Çuzulunpo, Dalyan şəhərinin Yeni Cunpi rayonları və Şenzen şəhəri ilə həmçinin, Koreya Respublikasının Seul şəhərinin Yonqsan rayonu ilə “Dostluq və Əməkdaşlıq” haqqında Memorandum imzalanıb.

Müvafiq olaraq Çinin Şenjen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyası tərəfindən Qaradağ rayonunun Ələt qəsəbəsində 1000 hektar ərazidə “Sənaye Parkı”nın yaradılması təklif olunur.

İlkin mərhələdə təklif olunan layihə üzrə sənaye və texnoparkların yaradılması, o cümlədən ağır və yüngül sənaye müəssisələrinin, sosial infrastruktur obyektlərinin, Loqistika mərkəzinin və yaşayış komplekslərinin tikintisi nəzərdə tutulur. Qeyd olunan layihənin həyata keçirilməsi üçün ilkin olaraq təqribən 2 (iki) milyard manat həcmində sərmayənin yatırılması təklif olunur. Artıq sözügedən layihə üzrə tərəflər arasında texniki-iqtisadi şərtlərinin detalları müzakirə edilməkdədir.

Qaradağda “Sənaye Parkı” yaradılır -
Qaradağda “Sənaye Parkı” yaradılır -
Qaradağda “Sənaye Parkı” yaradılır -
Qaradağda “Sənaye Parkı” yaradılır -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler