» » Qaradağda “Gənclər günü”nü qeyd edilib

Qaradağda “Gənclər günü”nü qeyd edilib

Bölmə: Sosial
Qaradağda “Gənclər günü”nü qeyd edilibQaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Azərbaycan Gənclər günü”nə həsr olunmuş tədbir keçirilib.


Xalqinfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, millət vəkilləri Ağalar Vəliyev və Mixail Zabelin və digər qonaqlar iştirak ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov ölkəmizdə gənclərə belə yüksək dəyərin verilməsini mərhum prezident Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib:

“Bu gün dövlətimizin gənclər siyasətinin əsas istiqamətlərinin gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, sağlamlıqlarının qorunması və fiziki inkişafı, gənclərinin məşğulluğunun təmin edilməsi, gənc ailələrə dövlət tərəfindən yardımların edilməsidir”.

Öz növbəsində çıxış edən millət vəkilləri Ağalar Vəliyev və Mixail Zabelin gənclərə hər cür şəraitin yaradıldığını qeyd ediblər.

Daha sonra çıxış edən Qaradağ rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Abbasov “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası ilə bağlı idarə tərəfindən görülmüş işlər, rayon gənclərinin əldə etdiyi uğurlar barədə qısa məlumat verib. Gənclərin istəklərini dinləyən rayon rəhbərliyi tərəfindən rayonun ictimai həyatında fərqlənmiş gənclərə fəxri fərman və hədiyyələr təqdim edildi, eləcə də rayonun gənc memarları arasında elan olunmuş müsabiqədə işləri fərqlənən gənclərə pul mükafatı verilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler