» » Siyəzən sakinindən maraqlı addım

Siyəzən sakinindən maraqlı addım

Bölmə: Sosial
Siyəzən sakinindən maraqlı addım
Başdaşının üzərində şəkil yoxdur və yalnız vəfat edən adamla bağlı məlumatlar yazılıb. Bir də ziyarətçilərdən Fatihə surəsinin oxunması istənir..

Xalqinfo.az bildirir ki, məzarın üzərinin düzəldilməsində Siyəzən sakinlərindən biri bu şəkildə yenilik edib. Dəbdəbədən uzaq və dini qaydalara uyğun hazırlanan başdaşı görənlərin marağına səbəb olub.

İnsanların bir çoxu da qəbir daşlarının hazırlanmasında həddən artıq dəbdəbəyə və israfa yol verilməsinə qarşıdırlar.

İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, başdaşında yalnız vəfat edən adamın məlumatlarının qeyd olunması islami qaydalara daha çox uyğundur.

Onun sözlərinə görə, insanlar məzarı dəbdəbəli etməkdənsə həmin vəsaiti ehtiyacı olanlara versələr, daha faydalı iş görmüş olarlar.

Şəkilli başdaşlarının qoyulmasının geniş yayıldığı bir vaxtda Siyəzən sakininin bu addımını əslində cəsarətli təşəbbüs də adlandırmaq olar. Bu təşəbbüs geniş kütlələr tərəfindən də mənimsənilsə, qəbiristanlarda israfın azalmasına nail olmaq mümkün olar. /xezerxeber.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler