» » Qəbiristanlıqlarımız bizlərə nəyi xatırladır?

Qəbiristanlıqlarımız bizlərə nəyi xatırladır?

Bölmə: Sosial
Qəbiristanlıqlarımız bizlərə nəyi xatırladır?

Son bir neçə ay ərzində cəmiyyətin əsas müzakirə mövzularından biri toy və yas mərasimlərində yol verilən israfçılıqdır ki, aidiyyəti qurumların bu məsələ ilə bağlı apardıqları təbliğat-təşviqat kampaniyasına cəmiyyətdə müxtəlif yanaşmalar var. Bildiyimiz kimi, elə bu səbəbdən də, artıq yas mərasimlərində israf qida məhsullarının verilməsinə qadağa qoyulub. Hüzr məclislərində süfrədə yalnız çay və qənd olacaq. İstisna hal kimi xurmanın olmasına məhdudiyyət qoyulmayacaq.

Bu məsələ həllini tapsa da, bu gün digər ağrılı məqamlardan biri də, qəbir daşlarının qiymətidir. Sirr deyil ki, məzar daşlarının qiyməti günbəgün bahalaşır. Daşların qiyməti ölçüsünə, rənginə və işlənməsinə görə, hətta fantastik məbləğə qədər artır. Elə bu səbəbdən də, qəbirin üstünün götürülməsi ölü sahiblərinin ən ciddi problemlərindən birinə çevrilib. Bu gün paytaxtın istənilən qəbiristanlığında iri başdaşlı, hasarlanmış qəbirləri görmək olar. Qəbiristanlıqlarda ucaldılan bahalı başdaşları vətəndaşları, eləcə də dövləti, ziyalıları, ilahiyyatçıları narahat etməkdədir. Təsadüfi deyil ki, bu yaxınlarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mətbuata açıqlamasında bahalı qəbir daşları ilə bağlı məsələnin qanunla tənzimlənməsinə ehtiyac olduğunu bildirmişdi. Bu gün əksər qəbiristanlıqlarda, əsasən də "Varlılar qəbiristanlığı" kimi tanınan ünvanda məzarların başı üzərində uca heykəllər, abidələr, qara və ağ mərmər, qranit daşlar üzərində mərhumun özəl anlarını əks etdirən fotolar və şeirlər əksini tapır. Etiraf edək ki, həmin qəbir daşlarının qiyməti olduqca bahadır. Qəbir daşlarının qiymətini sadalayanda insanlar sanki şoka düşürlər. Amma bunlar bir reallıqdır. Hazırda ən aşağı qiymət 3 min manat civarındadır. Ardıcıllıqla 5, 10, 15, 20, 30, 40 və hətta 50 min manata belə, qəbir daşı satılır. Buna əsas səbəb xaricdən gətirilən qranit və mərmər daşlarının bahalaşmasıdır. Məlumdur ki, 50 minə qəbir sifariş edən imkanlı, dövlət idarələrində işləyən şəxslərdir. Kasıblar belə qiymətlərə yaxın düşə bilməzlər. Qəbir daşlarının üzərində olan əl işlərinə görə də, qiymətlər artır. Daşa əlavə olunan istənilən əl işi qiymətə ciddi təsir edir. Belə daşları düzəldən sexlərin hər biri şəxsidir.

Qiymətlərin baha olmasına baxmayaraq, bahalı daşlara olan tələbat az deyil. Yəni, "qonşudan geri qalma" prinsipinə əsaslananlar kifayət qədər çoxluq təşkil edir. Hətta elə insanlar var ki, həmin qəbir daşlarını almaq üçün imkanı olmasa belə, borc-xərc edib alır ki, dost-tanışdan ayıbdır. Gərək məzar daşı bahalı olsun, gözəl görünsün. Yerli sakinlərin sözlərinə görə, orta təbəqənin nümayəndələri əsasən ağ mərmərdən olan 600-800 manat arası olan daşları sifariş edirlər. İmkanlı şəxslər isə 1500 manatdan başlayaraq, 5 min manata qədər olan daşlara üstünlük verirlər. Sonda onu da qeyd edək ki, ümumiyyətlə, İslamda bu cür hallar düzgün deyil. Elə müsəlman ölkələri var ki, əsrlər keçdikdən sonra qəbrin yerində başqa adam dəfn edilir. Çünki qəbiristanlıq şəhəri salmaq olmaz. İslama görə, qəbir daşları da, sadə olmalıdır. Hazırda ölkəmizdə məzar daşlarının baha olması istənilən halda yolverilməzdir. Unutmayaq ki, bunlar israfçılıqdan başqa bir şey deyil.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler