» » İlham Əliyev Lənkəranda müşavirə keçirib - Yenilənib

İlham Əliyev Lənkəranda müşavirə keçirib - Yenilənib

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
İlham Əliyev Lənkəranda müşavirə keçirib - Yenilənib
Azərbaycanın cənub bölgəsində səfərdə olan Prezident İlham Əliyev sentyabrın 3-də səhər saatlarında Lənkəranda müşavirə keçirir.

Xalqinfo.az xəbər verir ki, İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə həsr olunub.

Dövlət başçısı müşavirədə giriş nitqi söyləyib. Tədbir davam edir. Əlavə məlumat veriləcək...

***

Ölkə başçısının nitqindən sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, “Astaraçay” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Tələt Məmmədov, Masallı Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, “Cənub-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqronomu Fərman Abdullayev, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, “Gilan Orchards” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Vaqif Süleymanov və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış ediblər.

Prezident İlham Əliyev müşavirədə yekun nitqi söyləyib.

Daha sonra Prezident İlham Əliyev müşavirə çərçivəsində təşkil edilmiş sərgi ilə tanış olub.

İqtisadiyyat naziri Şahin Mustafayev sərgi barədə dövlət başçısına məlumat verib. Bildirib ki, burada yerli çay və çəltik əkini və emalı, sitrus meyvələrinin, meyvə-tərəvəzin yetişdirilməsi və arıçılıq ilə məşğul olan sahibkarlıq subyektləri məhsullarını nümayiş etdirirlər. Ümumilikdə, sərgidə çayçılıq, çəltikçilik, sitrus meyvəçilik və arıçılıq üzrə 13 yerli müəssisənin 100-dən çox çeşiddə məhsulu nümayiş olunur.

Prezident İlham Əliyevə Azərbaycanda çayçılığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə də məlumat verilib.

İlham Əliyev Lənkəranda müşavirə keçirib - Yenilənib
İlham Əliyev Lənkəranda müşavirə keçirib - Yenilənib
İlham Əliyev Lənkəranda müşavirə keçirib - Yenilənib
İlham Əliyev Lənkəranda müşavirə keçirib - Yenilənib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler