» » Bakıda 25 kilometrlik Bulvar olacaq

Bakıda 25 kilometrlik Bulvar olacaq

Bölmə: Sosial, BLOK XƏBƏR
Bakıda 25 kilometrlik Bulvar olacaq
Bakının gələcək inkişafı konsepsiyasının əsasını sənaye müəssisələrinin mərhələli şəkildə mərkəzi hissədən çıxarılması prinsipi təşkil edir. Sənaye müəssisələrindən azad olunmuş ərazilərdə isə iri iş mərkəzləri, idman obyektləri, mehmanxanalar, parklar inşa etmək, həmçinin mövcud dənizkənarı bulvarın Bakı buxtasının sahil xətti boyunca uzunluğunun 3,5 kilometrdən 25 kilometrə qədər artırılması təklif olunur.

“Xalqinfo” xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu zaman dəniz şelfinin hesabına əldə olunan 50-200 metr enində sahil zolağında iri mehmanxanalar, biznes, ticarət, xidmət və əyləncə obyektləri yerləşdirmək, yeni 8-10 zolaqlı magistral yolların və bu magistral üzərində Bakı Metropoliteninin yeni xəttinin çəkilməsi, eləcə də turistlər üçün xüsusi nəqliyyat və elektromobillərlə gəzinti üçün yolların tikintisi nəzərdə tutulur.

Həmçinin, Bakı Buxtasının sahil zolağında idman, istirahət və əyləncə obyektləri, çimərliklər, sahil gəzintiləri üçün biri-biri ilə bağlı olan park və bağlar yerləşəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler