» » Bakı bulvarında yeni atraksionlar

Bakı bulvarında yeni atraksionlar (Video)

Bölmə: Sosial
Bakı bulvarında yeni atraksionlar Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejiminə keçib.

Xalqinfo.az-ın məlumatına görə, Avropa Oyunları və yay fəslinin gəlməsi ilə əlaqədar olaraq Dənizkənarı Bulvar ərazisində artıq işlərə başlanılıb. Bulvara iki yeni atraksion da gətirilib.
Bütün atraksionlardan böyüklü-kiçikli hər kəs rahat istifadə edə bilər. Təzə gətirilən atraksionların qiymətləri də digər atraksionların qiyməti ilə eynidir. Avropa Oyunları zamanı Bulvara həmin dövrdə gələcək insanların, xüsusilə xarici qonaqların da sayı artacaq. Bununla əlaqədar Bulvarın mühafizə xidmətinin əməkdaşları üçün ingilis dili kursları təşkil edilib. Bundan əlavə xarici vətəndaşların öz kartları ilə rahat alış-veriş edə bilmələri üçün Bulvar ərazisindəki pos-terminalların fəaliyyəti yenidən yoxlanılır.

Bulvarda Wi-Fi internet şəbəkəsinin genişləndirilməsi üçün də işlər aparılır. Avropa Oyunları dövründə Bulvar ərazisinnin bütün nöqtələrində olmasa da, əksər hissələrdə, xüsusilə oyunların keçirildiyi ərazilərdə, əsas istirahət mərkəzlərində Wi-Fi olacaq. Hazırda bu yerlərin 70-80 faizində Wi-Fi var. Oyunlara qədər bunu 100 faiz etməyi nəzərdə tutulur. Bundan başqa insanların gəzintisi üçün nəzərdə tutulan qatarların sayının da artrılıması nəzərdə tutulur.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki, indi həmin qatarların sayı 3 -dür. Amma oyunlar ərəfəsində gələn qonaqların çox olacağını nəzərə alaraq sayı 4-ə çatdırılması nəzərdə tutulur. Bu qatarlardan biri Dəniz vağzalından Saat qülləsinə qədər, digəri Saat qülləsindən Azneft meydanına qədər, o birisi isə Bulvar ərazisində yerləşən İdman sarayından Bayraq meydanına qədər hərəkət edir.

Yeniliklər bununla da bitmir. Oyunlar ərəfəsində ütün tiçarət obyektləri adi günlərdən fərqli olaraq qapıplarını insanlariın üzünə daha tez açacaqlar və gecə saatlarına qədər fəaliyyət göstərəcəklər.

Avropa Oyunları ərəfəsində Bulvar ərazisində quraşdırılan idman avadanlıqlarından hər kəs istifadə edə biləcək. Günün istənilən vaxtı istənilən saatda hər kəs bura gəlib, bu avadanlıqlardan yararlana bilərlər.

İnsanların ən sevimli məkanı sayılan Dənizkənarı Bulvar ərvzisinin hələ bir neçə kilometrdə uzadılması da nəzərdə tutulur.


Mənbə
ANS TV

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler