» » Qayınanası ilə dalaşan gəlin özünü yandırdı

Qayınanası ilə dalaşan gəlin özünü yandırdı

Bölmə: Sosial
Qayınanası ilə dalaşan gəlin özünü yandırdı
Kürdəmir rayonunda dəhşətli hadisə baş verib.


“Xalqinfo” Lent.az-a istinadən xəbər verir ki, Rayon Polis Şöbəsindən verilən məlumata görə, Qağaclı kəndində 1977-ci il təvəllüdlü Nəsirova Sevil Möhübbət qızı özünü yaşadığı evin həyətində yandırıb. Qadın ailə üzvlərinin gözü qarşısında üstünə benzin tökərək özünə od vurub. Ağır vəziyyətdə Kürdəmir şəhər Mərkəzi Xəstəxanasına gətirilən 37 yaşlı kənd sakini daha sonra təcili tibbi yardım avtomobili ilə Bakıya göndərilib. Bakıda 5 saylı şəhər xəstəxanasına yerləşdirilən S.Nəsirovanın vəziyyəti ağır qiymətləndirilir.

Bildirilir ki, hadisə ailə-məişət münaqişəsi mzəmində baş verib. S.Nəsirova qayınanası ilə uzun müddət imiş ki, problem yaşayırmış. Dünən növbəti dəfə onlar mübahisə ediblər və bundan sonra Sevil Nəsirova əsəbi halda özünü yandırıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler