» » Turistlərin Bakı heyranlığı

Turistlərin Bakı heyranlığı (Fotolar)

Bölmə: Sosial
Turistlərin Bakı heyranlığı Bakıda keçirilən I Avropa Oyunları ilə əlaqədar təşrif buyuran qonaqlar şəhərin füsünkar gözəlliyinə valeh olublar. Xalqinfo.az bildirir ki,bunu ANS PRESS-in şəhərdə apardığı araşdırmalar zamanı bildiriblər.

Ukraynadan olan Mariya Kontik adlı gənc qız azərbaycanlıların istiqanlı olduğunu deyir.
“Mən qafqazlılar barədə çox da xoş sözlər eşitməmişdim. Bura gələndə bir az tərəddüd edirdim. Lakin təyyarədən Bakıya düşdüyüm vaxtdan fikirlərim müsbətə doğru tamam dəyişdi. İnsanların çoxu sadə, mehriban və gülərüzdür. Şəhərdə insanlar rahat şəkildə gəzirlər və istirahət edirlər”, - deyə Mariya Kontik bildirib.

Yunanıstandan gələn İosif Bakının gözəl və müasir şəhər olduğunu deyir: "Bakı maraqlı şəhərdir; burada həm müasir tikililər var, həm də tarixi yerlər”.

Amerikalı Kolins də Azərbaycanı bəyəndiyini, paytaxtın Avropa şəhərlərindən geri qalmadığını deyir. O, Bakıya valeh olub. "Bir çox Avropa şəhərini gəzmişəm. Tam səmimi deyim ki, digər şəhərlərə nisbətən Bakıda müasirliklə yanaşı qədimliyin də izləri qorunur. Burada tarixə çox böyük qiymət verirlər".

Turistlər Bakıdan gedəndən sonra bu gözəl şəhəri unutmayacaqlarını deyirlər.

Turistlərin ən çox bəyəndikləri isə Azərbaycan mətbəxidir. Ölkəmiz nəfis yeməkləri ilə də turistlərin qəlbini fəth edə bilib.

Məsələn, Fransadan gələn Jozefina boş vaxtı olan kimi Azərbaycan mətbəxtinin dadına baxmağı xoşladığını deyir: “Əsasən dolma və qutabı çox xoşladım. İraqda olarkən plov yemişdim. Amma Bakıdakı plov daha dadlıdır. Kabablarınızı da çox xoşladım. Vətənimə qayıdanda burdakı yeməklərdən aparacağam. Əsas dolma və qutab”.

Şəhəri gəzən turistlərin çoxu Bakıda xatirə fotoları çkdirməyi də unutmurlar. Kimi telefon, kimi də fotoaparatla paytaxtımızın gözəlliklərini yaddaşlara köçürür. Selfi çəkdirənlər də kifayət qədər çoxdur.

XALQNFO.AZ Bakıdakı xarici turistlərin necə dincəldiklərini əks etdirən fotoları təqdim edir:
Turistlərin Bakı heyranlığı
Turistlərin Bakı heyranlığı
Turistlərin Bakı heyranlığı
Turistlərin Bakı heyranlığı
Turistlərin Bakı heyranlığı
Turistlərin Bakı heyranlığı
Turistlərin Bakı heyranlığı
Turistlərin Bakı heyranlığı
Turistlərin Bakı heyranlığı
Turistlərin Bakı heyranlığı
Turistlərin Bakı heyranlığı
Turistlərin Bakı heyranlığı
Turistlərin Bakı heyranlığı
Turistlərin Bakı heyranlığı
Turistlərin Bakı heyranlığı
Turistlərin Bakı heyranlığı
Turistlərin Bakı heyranlığı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler