» » Bakıya nəzər

Bakıya nəzər

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Bakıya nəzərPanoram atraksionu Avropa Oyunlarında gücləndirilmiş iş rejimində işləyəcək.

Xalqinfo.az-ın məlumatına görə, hamının daha çox “Şeytan çarxı” kimi tanıdığı atraksion Avropa Oyunları ərəfəsinda daha çox qonaq qəbul edəcək. Turistlər Bakını göydən seyr edə biləcəklər.

Sevindirici haldır ki, artıq Dənizkənarı Milli Park həm də yeni-yeni atraksionları ilə həm şəhər sakinlərinin, həm də xarici turistlərin zövqünü oxşamaqdadır. Diametri 60 metr olan bu qurğuda hərəsində 8 nəfərlik yer olmaqla 30 kabinə var. Panoram atraksion İlk Avropa Ounları ərəfəsində gücləndirilmiş iş rejimində işləyəcək və gecə saatlarına kimi həm paytaxt sakinlərinin, həm də şəhərimizin qonaqlarının istifadəsində olacaq.

Bulvar ərazisinin rəis müavini Nazim Məcidov deyir ki, bu atraksion vasitəsilə şəhərin bir çox yerlərini görmək olur. Qışda hava soyuq olanda atraksiona gələnlər az olur. Amma yay aylarında insan axını müşahidə olunur.

Nazim Məcidov onu da bildirdi ki, bütün atraksionlardan böyüklü-kiçikli hər kəs rahat istifadə edə bilər. Qiymətlərə gəlincə, 6 yaşına qədər uşaqlar bu atraksiondan pulsuz istifadə edir. 6 yaşdan 13 yaşınadək olan uşaqlara biletin qiyməti 3 manat, 13 yaşdan yuxarı isə biletin qiyməti 5 manatdır. Bu atraksionun idarə olunması internet, Wi-Fi vasitəsilə həyata keçirilir. Təbii ki, bu da idarəetməni çox asanlaşdırır.

Atraksionu idarə edən Sürət Salmanov söylədi ki, iş sistemləri 12 saatdır. Axşama doğru isə bura gələnlərin sayı artır.

Şəhəri ovuc içi kimi seyr etmək isə yaşından aslı olmayaraq hər kəsin, həm böyüklərin həm də uşaqların marağına səbəb olur.

Bir əsrlik tarixi olan Bakı Dənizkənarı Bulvarının salınması 1909-cu ildə Bakı Şəhər Duması tərəfindən qərarlaşdırılıb. Bu günsə Milli Parkımız ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir.


Mənbə
ANSPRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler