» » Cinsi orqanın təsviri parlament seçkilərində

Cinsi orqanın təsviri parlament seçkilərində qələbə qazandırdı

Bölmə: Sosial, Dünya, MARAQLI
Cinsi orqanın təsviri parlament seçkilərində Ötən həftə Böyük Britaniyada keçirilən parlament seçkilərində maraqlı bir hadisə yaşanıb.

Xalqinfo.az bildirir ki,Publika.az BBC-nin rus xidmətinə istinadən verdiyi məlumata görəi, Uelsdə səslərin hesablanması zamanı üzərində kişi cinsi orqanı təsvir edilən bülleten sayılıb.

Bildirilir ki, kişi cinsiyyət orqanının təsviri Mühafizəkarlar Partiyasının namizədi Devis Qlinin adının qarşısındakı xanada çəkilib. Namizədin özü seçicinin ona səs verib-vermədiyini dəqiq bilməsə də, təşəkkür etməyi unutmayıb. Çünki, həmin təsvir namizədin lehinə olan səs kimi qeydə alınıb.

“Mən əmin deyiləm ki, rəssam səsin qeydə alınmasını istəyirdi. Amma təsvir kvadratın sərhədləri daxilində çəkilmişdi. Mən bunun üçün ona təşəkkür edirəm”, - Devis “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, Böyük Britaniyada keçirilən seçkilərdə hazırkı baş nazir Devid Kameronun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası qələbə qazanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler