Müxalifətin parlament seçkilərində iştirakı ilə bağlı təklifBölmə: Siyasət
![]() ALP sədri Əvəz Temirxan trend-ə bildirib ki, təmsil etdiyi partiyanın parlament seçkilərində hansı formada iştirakı ilə bağlı təklifi var və bu formada iştirakı məqbul sayır: “Partiyanın parlament seçkilərində iştirak etmək niyyəti var. Amma nə cür iştirak edəcəyimiz barədə hələ yekun qərar qəbul olunmayıb. Fikrimcə, daha yaxşı olar ki, müxalifət partiyaları öz aralarında razılığa gəlsinlər və müxalifətin bir seçki dairəsindən iki namizədi olmasın. Hər bir partiya razılaşdırılmış qaydada ayrı-ayrılıqda və yaxud bir neçə blok ayrı-ayrılıqda iştirak edə bilər. Əsas odur ki, hər bir seçki dairəsindən müxalifətin bir namizədi olsun”. Ə.Temirxan ALP-nin hazırda hər hansı bloka qoşulmaq niyyəti olmadığını qeyd edib: “Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi ilə müəyyən məsləhətləşmələrimiz olub və biz öz fikrimizi onlara da çatdırmışıq. Fəaliyyətlərində uğurlar diləyirik”. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Trend-ə açıqlamasında ALP sədrinin təklifini məqsədəuyğun hesab etsə də, ümumi müxalifətin bununla bağlı razılığa gələ bilməsinin inandırıcı görünmədiyini deyib. Onun sözlərinə görə, bəzi müxalifət partiyaları uzaqgörən olmadığına görə, gündəmi düzgün müəyyən edə bilmir və buna görə də bir araya gəlmək çətin olur. |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|