» » Daha iki partiya seçkilərə qatılır

Daha iki partiya seçkilərə qatılır

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Daha iki partiya seçkilərə qatılır
Ümid Partiyası da 2020-ci il fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak edəcək.

Xalqinfo.az-ın məlumatına görə, bu barədə partiya Ali Məclisinin bu gün keçirilən növbəti sessiyasında qərar qəbul olunub.

Ümid Partiyası Ali Məclisi 72 nəfərin namizədliyini təsdiq edib. Daha 13 nəfərlə bağlı qərar vermək səlahiyyəti Rəyasət Heyətinə verilib.

Bundan başqa, Ana Vətən Partiyası da növbədənkənar parlament sçekilərində iştirak edəcək. Bununla bağlı qərar bu gün partiyanın Ali Məclisinin toplantısında qəbul edilib.

Xatırladaq ki, bir qədər əvvəl Müsavat Partiyası da növbədənkənar parlament seçkilərində iştirak edəcəyi ilə bağlı qərarını açıqlayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler