» » Azərbaycan və Macarıstan arasında saziş imzalandı -FOTO

Azərbaycan və Macarıstan arasında saziş imzalandı -FOTO

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Azərbaycan və Macarıstan arasında saziş imzalandı -FOTOMacarıstanda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu ölkənin baş naziri Viktor Orban ilə görüşüb.

Xalqinfo.az report.az saytına istinadən bildirir ki, görüşün yekununda V.Orban mətbuata açıqlamasında Azərbaycan və Macarıstan arasında strateji əməkdaşlıq sazişi imzalandığını bildirib. Macarıstan Baş Naziri Azərbaycanın çox vacib ölkə olduğunu vurğulayıb: “Azərbaycan Şərqlə Qərb arasında körpüdür”. O, Macarıstan və Azərbaycan arasında mövcud ikitərəfli münasibətləri yüksək qiymətləndirib. O, ümid etdiyini bildirib ki, bu gün imzalanmış sənəd münasibətlərin inkişafına təkan verəcək. Orban onu da bildirib ki, Azərbaycan Avropanın enerji təminatı baxımından vacib ölkədir. Prezident İlham Əliyev V.Orbanı Azərbayacana rəsmi səfərə dəvət edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler