» » Mehriban Əliyeva nazirlə görüşdü

Mehriban Əliyeva nazirlə görüşdü

Bölmə: Siyasət
Mehriban Əliyeva nazirlə görüşdü
Noyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Macarıstanın ölkəmizdə səfərdə olan xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

ans press-in məlumatına görə, Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrin ildən-ilə inkişaf etdiyini bildirib, Azərbaycan-Macarıstan əməkdaşlığının bir çox sahələri əhatə etdiyini vurğulayıb. Mehriban Əliyeva iqtisadi, humanitar sahələrdə əlaqələrin inkişafını xüsusi vurğulayıb.

Macarıstanın Azərbaycandakı səfirliyinin fəaliyyətindən danışan birinci xanım səfirliklə Heydər Əliyev Fondu arasında yaxşı əlaqələrin olduğunu söyləyib. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Budapeşt şəhərində Əlil Uşaqlar üçün Reabilitasiya Mərkəzinin yeni korpusu tikilir. “Azərbaycan-Macarıstan mətbəxi” kitabının çap olunduğunu deyən birinci xanım gələcəkdə də belə layihələrin sayının artırılmasının vacibliyini diqqətə çatdırıb və Heydər Əliyev Fondunun əməkdaşlığa hər zaman hazır olduğunu vurğulayıb.

Azərbaycana beşinci dəfədir ki, səfər etdiyini deyən Peter Siyarto ölkəmizin iqtisadiyyatının dinamik inkişafını yüksək qiymətləndirib. Nazir hər səfərində Azərbaycanda böyük dəyişikliklərin şahidi olduğunu qeyd edib, Heydər Əliyev Fondunun ölkədə və xaricdə həyata keçirdiyi layihələrin yüksək qiymətləndirildiyini bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler