» » Sərkisyandan etiraf: Azərbaycan qarşısında...

Sərkisyandan etiraf: Azərbaycan qarşısında...

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Sərkisyandan etiraf: Azərbaycan qarşısında...
Ermənistan Prezidenti Serj Sərkisyan ötən həftə “Armeniya” telekanalına müsahibəsində Azərbaycan Ordusunun daha güclü olduğunu etiraf edib. Sərkisyan Ermənistanın hərbləşdirilmiş dövlətə çevrilməsi barədə bəyanatdan narahat olmadığını deyib.

“Bir tərəfdən bizi Azərbaycandan zəif olmaqda ittiham edirlər, digər tərəfdən hərbləşməkdən danışırlar. Biz təhlükəsizlik məsələlərimizi həll etmək imkanı verəcək addımı atmağa məcburuq. Aprel (Aprel döyüşünü nəzərdə tutur-red) göstərdi ki, biz bunu etməmişik”, - erməni prezident bildirib.

Xalqinfo.az xəbər verir ki, ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Azvision.az-a bildirib ki, Ermənistan Prezidenti Serj Sərkisyan Azərbaycanın Ermənistandan güclü olduğunu açıq-aşkar etiraf edir. Ramaldanovun sözlərinə görə, Sərkisyan bunu etiraf etmək məcburiyyətindədir.

Hərbi ekspertin sözlərinə görə, Ermənistanda cəmiyyət qarşısında verilən heç bir vəd yerinə yetirilməyib və indi bu ölkənin prezidenti hər şeyi etiraf etmək məcburdur.

“Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulan bütün tapşırıqları icra etdi. Ermənistan tərəfi isə müdafiə olunan mövqelərini itirməyə məcbur oldu. Ordumuz həmin mövqeləri işğaldan azad edərək verilmiş tapşırığı yerinə yetirdi. Onlar ordumuzun qarşısında tab gətirsəydilər, həmin mövqelərdən geri çəkilməzdilər. İlk vaxtlarda ermənilər məğlubiyyəti etiraf etmirdilər. Cəmiyyətə vədlər verirdilər ki, biz həmin əraziləri geri alacayıq. Bundan sonra müəyyən təxribatlara cəhd etdilər. Həmin təxrbatların hər birinin qarşısı alındı. Bundan sonra Ermənistanın Müdafiə Nazirliyində rəhbər şəxsləri dəyişdirildi. Dəyişikliklərdən sonra da müəyyən təxribat cəhdləri oldu və düşmən layiqincə cavabını aldı”.

Ş.Ramaldanov əlavə edib ki, Aprel döyüşlərindəki itkilər Ermənistan cəmiyyətində ruh düşkünlüyü yaradıb: "Bunun nəticəsidir ki, ölkədə etirazların sayı daha da artıb. Həmçinin keçmiş müdafiə naziri müxalifətə keçib və dövlət rəhbərliyinə bildirib ki, Azərbaycanla Qarabağ məsələsini həll etmək lazımdır. Özləri də etiraf edirlər ki, işğalçı ordu Azərbaycan ordusunun və silahının qarşısında tab gətirə bilməz, bu məsələdə Ermənistan çox zəifdir”.

Ehtiyatda olan polkovnik vurğulayıb ki, Sərkisyanın etirafı həmçinin Ermənistanın havadarlarına və xaricdə olan diaspor təşkilatlarına ünvanlmış mesajdır: “Sərkisyan bu mesajla Ermənistan odrusunun necə aciz vəziyyətdə olduğunu göstərdi. O, bunu etməklə öz havadarlarından yardım dilənmək istəyir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler