» » Fuad Muradov: "Ermənistandan Krıma aviareysin açılması beynəlxalq normaların pozulmasıdır"

Fuad Muradov: "Ermənistandan Krıma aviareysin açılması beynəlxalq normaların pozulmasıdır"

Bölmə: Siyasət
Fuad Muradov: "Ermənistandan Krıma aviareysin açılması beynəlxalq normaların pozulmasıdır"Fuad Muradov: "Ermənistandan Krıma aviareysin açılması beynəlxalq normaların pozulmasıdır"
"Ermənistandan Krıma təyyarə reysinin açılması bütün beynəlxalq normaların pozulmasıdır".

Bunu trend-ə açıqlamasında Milli Məclisin üzvü Fuad Muradov bildirib.

Millət vəkilinin fikrincə, rəsmi Yerevanın buna məhəl qoymaması bir daha Ermənistanın yürütdüyü siyasətin mahiyyətini açır və işğalçı dövlət olduğunu göstərir: “Ermənistan bundan əvvəl Azərbaycanın işğal olunmuş ərazisi olan Xankəndində hava limanı açmağa cəhd etmişdi. Bu növbəti fakt bir daha göstərir ki, Yerevanın separatçı rejimlərə dəstək verməsi onun ənənəvi dövlət siyasətidir. Bu isə Qərbin separatçı rejimləri dəstəkləyən ölkələrə qarşı elan etdiyi sanksiyaların Ermənistana da tətbiq olunmasını zəruri edir”.

F.Muradov qeyd edib ki, Ukraynanın ərazisi olan Krıma istənilən reys qanunsuz hesab olunur. Ukrayna Simferopol hava limanının 2014-cü ilin mart ayından etibarən bağlandığını rəsmən bəyan edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler