» » Partiyalarda ikinci şəxslər kimdir?

Partiyalarda ikinci şəxslər kimdir?

Bölmə: Siyasət
Partiyalarda ikinci şəxslər kimdir?
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalarda sədr, yaxud başqanlardan sonra ikinci şəxs kimdir? Modern.az bunu müəyyənləşdirmək üçün sorğu keçirib.

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafanın sözlərinə görə, partiyanın işlərini həyata keçirən ikinci səlahiyyətli şəxs Ali Məclisin sədri Əjdər Əliyevdir.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, İcra Aparatının rəhbəri Həsrət Rüstəmov partiyanın sədrindən sonra məsuliyyət daşıyan ikinci şəxsdir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Razi Nurullayev bildirib ki, partiyanın nizamnaməsinə görə bu məsuliyyət Ali Məclisin sədri Həsən Kərimova məxsusdur.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sədrinin beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevin dediyinə görə, partiyada məsuliyyət daşıyan ikinci şəxs baş katib Arzuxan Əlizadədir.

Qeyd edək ki, AMİP Azərbaycanda yeganə partiyadır ki, sədr və katib partiyanı təmsil edə bilər.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının sözlərinə görə, partiyada başçıdan sonra ikinci şəxs aparatın rəhbəri Elçin Ağamalıdır.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə deyib ki, onun səlahiyyətlərini ikinci şəxs kimi birinci müavin Ənvər Ağazadə icra edə bilər.

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) verilən məlumata görə, partiyada ikinci səlahiyyətli şəxs baş nazirin müavini, YAP sədrinin müavini və icra katibi Əli Əhmədovdur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler