Oğlu atasının partiyasından istefa verdiBölmə: BLOK XƏBƏR
Ədalət Partiyasının Beynəlxalq Məsələlər üzrə sədr müavini Etimad İsmayılov tutduğu vəzifədən və partiya sıralarından istefa verib. Bu barədə AzPolitika.info-ya bu partiyaya yaxın mənbələrdən məlumat daxil olub. Məlumata görə, Etimad İsmayılov partiyanın fəaliyyətsizliyindən narazı qaldığına görə belə bir qərar verib. Etimad İsmayılov “Ədalət”in hazırki sədri, millət vəkili İlyas İsmayılovun oğludur. Maraqlıdır ki, Etimad İsmayılov bu partiyanın gələcək lideri kimi qəbul olunurdu. Xatırladaq ki, 2013-cü ilin prezident seçkiləri ərəfəsində və seçkilərdən sonra Etimad İsmayılov Ədalət Partiyasının ümumi siyasi kursu ilə çox da üst-üstə düşməyən bir sıra sərt açıqlamalarilə yadda qalmışdı. İstisna deyil ki, partiyanın siyasi kursu ilə bağlı bu fikir ayrılığı inkişaf edərək E.İsmayılovun istefasını qaçılmaz edib. E.İsmayılovun istefası xəbərini Ədalət Partiyasındakı digər mənbələr də təsdiq edib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|