» » Trampla Qutterişin 15 dəqiqəlik görüşü...

Trampla Qutterişin 15 dəqiqəlik görüşü...

Bölmə: Siyasət
Trampla Qutterişin 15 dəqiqəlik görüşü...
BMT-nin baş katibi Antoniu Qutteriş bu gün ABŞ prezident Donald Trampla ilk görüşünü keçirib.

Xalqinfo”nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, görüş Ağ Evdə baş tutub. Bu barədə jurnalistlərə baş katibin rəsmi nümayəndəsi Stefan Cüjarrik bildirib.

“Baş katib və prezident yaxın zamanda yenidən görüşmək barədə razılığa gəliblər. Antoniu Qutterişin fikrincə, o, BMT və ABŞ arasındakı əlaqələri konstruktiv şəkildə müzakirə edib”, - deyə Cüjarrik söyləyib.

Onun sözlərinə görə, görüş 10-15 dəqiqə davam edib.

Stefan Cüjarrik tərəflərin məhz hansı mövzudan danışdıqları haqda məlumat verməyib.

Qeyd edək ki, A. Qutteriş Vaşinqtonda keçirilən Beynəlxaq Valyuta Fondunun tədbirlərində iştirak etmək məqsədilə ABŞ-a səfər edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler