» » Bu gün BMT-nin yeni baş katibi seçiləcək

Bu gün BMT-nin yeni baş katibi seçiləcək

Bölmə: Xəbər
Bu gün BMT-nin yeni baş katibi seçiləcək

Bu gün BMT-yə yeni baş katib seçiləcək.

APA-nın verdiyi xəbərə görə, bu posta yeganə namizəd Portuqaliyanın sabiq baş naziri Antoniu Quterreşdir.

Səsvermə BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında yerli vaxtla saat 10:00-da baş tutacaq. Səsvermədən sonra BMT-nin hazırkı baş katibi Pan Qi Mun və A.Qutyerreş arasında görüş keçiriləcək.

BMT Təhlükəsizlik Şurası oktyabrın 6-da təşkilatın baş katibi postuna Antoniu Quterreşin namizədliyini irəli sürüb.

BMT-nin hazırkı baş katibi Pan Qi Munun səlahiyyət müddəti başa çatır. Onun yerinə seçiləcək şəxs vəzifəsinin icrasına 2017-ci il yanvarın 1-də başlayacaq.

67 yaşlı A.Quterreş 1995-2002-ci illərdə Portuqaliyanın baş naziri, 2005-2015-ci illərdə isə BMT-nin Qaçqınlar İşi üzrə Ali Komissarı olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler