» » Geniştərkibli görüş başladı

Geniştərkibli görüş başladı

Bölmə: Siyasət, BLOK XƏBƏR
Geniştərkibli görüş başladı
Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Respublikası prezidenti İlham Əliyev arasında keçirilən təkbətək görüş başa çatıb.

ans press-in xüsusi müxbirinin verdiyi məlumata görə, hər iki ölkə rəsmi nümayəndələrinin iştirakı ilə geniş tərkibli görüş artıq başlayıb.

Görüşdə Azərbaycan tərəfindən müdafiə naziri Zakir Həsənov, ARDNŞ prezidenti Rövnəq Abdullayev, xarici işlər naziri Ermar Məmədyarov, baş nazirin müavini Abid Şərifov, energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər iştirak edirlər.

Türkiyə tərəfindən isə görüşdə enerji və təbii sərvətlər naziri Taner Yıldız, xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri İsmət Yılmaz iştirak edirlər.

Qeyd edək ki, geniştərkibli görüşdən sonra prezidentlər birgə bəyanat verəcəklər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler