Müdafiə nazirlərinin Naxçıvanda həlledici görüşü keçirilibBölmə: MANŞET
FaktXəbər-in verdiyi məlumata görə, avqustun 19-da Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniya və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib. Görüşdə nazirlər regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb və hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Eyni zamanda qərar qəbul edilmişdir ki, Müdafiə nazirləri bu formatda hər altı aydan bir görüşsünlər. Danışıqlardan sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilib və Müdafiə nazirləri üçtərəfli görüşün yekunları barədə medianı məlumatlandırıblar. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun kütləvi informasiya vasitələri nümayəndələri qarşısında çıxışı: "Hörmətli mətbuat nümayəndələri! Bu gün biz, Azərbaycan, Gürcüstan və Türkiyənin Müdafiə Nazirləri üçtərəfli formatda ilk görüşümüzü keçirdik. Görüş zamanı regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq, bölgədə sabitliyin təmin edilməsi yollarını birgə araşdırdıq. 3 dost-qonşu xalq arasında münasibətlərin və fəaliyyətlərin üçtərəfli formatda inkişaf etdirilməsinin səmərəliliyi vurğulandı, bu formatda münasibətlərimizin gələcək perspektivlərini müzakirə etdik, qarşılıqlı maraq doğuran istiqamətlər barədə geniş fikir mübadiləsi apardıq. Bu formatda danışıqların genişləndirilməsi və Müdafiə Nazirlərinin üçtərəfli görüşlərinin hər il növbə ilə Azərbaycanda, Gürcüstanda və Türkiyədə keçirilməsi, əməkdaşlığımızın gedişatının müzakirə edilməsi və gələcək perspektivlərin müəyyənləşdirilməsi barədə qərar qəbul etdik. 3 ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlığının əldə edilməsi məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi, birgə seminar və konfransların təşkil edilməsi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi, neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin keçirilməsi, əməkdaşlıq sahələrinin genişləndirilməsi üçün üç ölkə mütəxəssislərinin ekspert görüşlərinin təşkil edilməsi məqsədəuyğun hesab olunmuşdur. Mən Türkiyə Respublikasının Milli Müdafiə Naziri hörmətli İsmet Yılmaz və Gürcüstanın Müdafiə Naziri hörmətli İrakli Alasaniya cənablarına dəvətimizi qəbul edib Naxçıvana gəldiklərinə və bu iki gün ərzində üçtərəfli görüşdə iştirak etdiklərinə görə təşəkkürümü bildirirəm." |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|