» » Sərkisyan ordunun başına polisi gətirir

Sərkisyan ordunun başına polisi gətirir

Bölmə: Siyasət, Dünya
Sərkisyan ordunun başına polisi gətirir
Parlament seçkisindən sonra Ermənistan Müdafiə naziri Vigen Sərkisyan spiker vəzifəsini tutacaq.

Xalqinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Jamanak” qəzeti yayıb. Qəzet seçkidən sonra boş qalacaq müdafiə naziri vəzifəsinə isə Ermənistan polisinin rəisi Vladimir Qasparyanın təyin olunacağını bildirib.

Qeyd edək ki, Ermənistan mətbuatının iddiasına görə, Vigen Sərkisyana hazırda Ermənistan Prezidenti Serj Sərkisyan öz xələfi kimi baxır. Prezident baş nazir postuna Vigen Sərkisyanı gətirməklə hakimiyyət üzərindəki nəzarətini saxlamağa çalışır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler