» » Sərkisyan Azərbaycanı belə hədələdi

Sərkisyan Azərbaycanı belə hədələdi

Bölmə: Siyasət, GÜNDƏM
Sərkisyan Azərbaycanı belə hədələdi
Rusiyadan alınan “İsgəndər” raket kompleksləri Ermənistan ordusuna məxsusdur və onu erməni ordusunun hərbçiləri idarə edirlər.

“Xalqinfo” “”Axar.az”-a istinadən xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Ermənistanın Müdafiə naziri Vigen Sərkisyan söyləyib.

“Mən 100% əminliklə deyə bilərəm ki, bu raket kompleksləri Ermənistana məxsusdur. Burada ikinci başqa fikir ola bilməz. Bunun hansı pulla, hansı zamanda alınmasına gəlincə isə bu, tam məxfi qrifi altında saxlanılır. Bu silahın parametrləri tətbiq edildiyi ölkənin infrastrukturuna düzəlməz zərər vurur. “İsgəndər”lərin tətbiqi qərarı situasiyanın inkişafından asılı olacaq”, – deyə, o bildirib.

Qeyd edək ki, Rusiya keçən il Ermənistana İsgəndər-M raketlərini satıb. Moskva indiyə qədər niyə bu addımı atdığını izah edə bilməyib. Rusiya rəsmiləri bununla bağlı yalnız “biz hər iki tərəfə də silah satırıq” deməklə kifayətləniblər.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler