» » Putin amerikalı diplomatlarla bağlı qərarını verdi

Putin amerikalı diplomatlarla bağlı qərarını verdi

Bölmə: Siyasət
Putin amerikalı diplomatlarla bağlı qərarını verdi

Xəbər verdiyimiz kimi, ABŞ hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib, eləcə də 35 rus diplomatı ölkədən göndərmək istədiyini bəyan edib.

Xalqİnfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, Rusiya XİN rəhbəri Sergey Lavrov Rusiyanın da ABŞ-a qarşı eyni reaksiyanı verəcəyini, 35 amerikalı diplomatın Rusiyadan göndərilməsini prezident Vladimir Putinə təklif etdiyini söyləyib.

Lakin V. Putin çıxışında qeyd edib ki, rəsmi Moskva ABŞ-a cavab olaraq heç kimi ölkədən göndərməyəcək: “Lakin Rusiya tərəfinin adekvat cavab üçün əsasları var”.

XİN nümayəndəsi Mariya Zaxarova da diplomatların göndərilməməsinə münasibət bildirib: “Bildiyimiz kimi, diplomatiyada qarşılıqlı cavab və addımlar olur. Biz amerikalı həmkarlarımız və onların ailələrinin bu cür addım qarşısında özlərini necə hiss edəcəklərini çox düşündük. Və ən əsası, hazırda Yeni ilə hazırlaşan və bayram tətilində olan uşaqların belə bir qərardan sonra ailələri ilə 72 saat ərzində necə hazırlaşıb ölkədən çıxacaqlarını analiz etdik və bu cür qərar qəbul etdik”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler