» » Putin amerikalı boksçuya Rusiya vətəndaşlığı vəd etdi

Putin amerikalı boksçuya Rusiya vətəndaşlığı vəd etdi

Bölmə: DÜNƏNDƏN-BUGÜNƏ, GÜNDƏM
Putin amerikalı boksçuya Rusiya vətəndaşlığı vəd etdi
Rusiya Federasiyasının prezidenti Vladimir Putin məşhur ABŞ boksçusu Roy Consona başqa şeylərlə yanaşı, Rusiya vətəndaşlığı da söz verib.

Virtualaz.org bildirir ki, bu barədə İTAR-TASS məlumat yayıb. Amma o şərtlə ki, Roy Conson uzun müddət Rusiyada yaşasın.

“Mənə sizinlə tanış olmaq çox xoşdur, istəyirəm onu da biləsiniz ki, mən idmanı, təkbətək döyüşü və əlbəttə ki, boksu çox sevirəm”, - deyə Rusiya prezidenti boksçu ilə görüşdə bildirib.

R.Cons da öz növbəsində bildirib ki, uşaqlığında cüdo ilə məşğul olmaq istəyib.

Putin həmçinin bildirib ki, o, amerikalı boksçunun Rusiyada uğurlar qazanacağına inanır.

ABŞ boksçusu isə cavabında deyib: “Mən Rusiyaya elə bunun üçün gəlmişəm. Və elə hesab edirəm ki, mənimRusiya pasportum olsa, gedib-gəlmək daha asan olardı”.

Bunun cavabında Putin bildirib ki, Royu Rusiyada tanıyırlar: “Əgər siz ömrünüzün böyük bir hissəsini Rusiya ilə fəaliyyətə həsr edəcəksinizsə, əlbəttə, biz buna şad olar və vətəndaşlıqla bağlı xahişinizi məmnuniyyətlə müsbət həll edərik”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler